Çəkdiyi siqaret özünü yandırdı, öldü

15
İyl
2024
17:21

Şəki rayonunda 57 yaşlı kişi yataqda yanıb.

Hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində qeydə alınıb.

Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M.Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub. Qonşuların köməkliyi ilə yanğın söndürülüb.

Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində ağır yanıq xəsarətləri ilə müalicə alan rayonun Baş Kəldək kənd sakini 57 yaşlı Mais Qinyət oğlu Nəbiyev günorta saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.