Sumqayıtda zavodda bədbəxt hadisə - Fəhlə yandı

15
İyl
2024
09:21

Sumqayıtda fəhlə iş zamanı yanıb.

APA xəbər verir ki, hadisə "Tuqzavod" adlanan ərazidə yerləşən zavodda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.

H. Şiriyev xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.