İtaliyada ən çox axtarılan 100 cinayətkardan biri – Neapol mafiyası olan “Kamorra”nın klanlarından birinin tanınmış nümayəndəsi, 31 yaşlı Qaetano Anqrizano həbs edilib.
Azreform.info xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Cinayətkar 1 il yarım müddət ərzində gizlənib. Anqrizano mafiya fəaliyyəti, narkotik ticarəti və digər qanunsuz fəaliyyətlərə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayətkarın 2 yaşlı oğlunun doğum günü şənliyi zamanı keçirilən xüsusi əməliyyatda 250 karabiner iştirak edib.