Məşhur istirahət mərkəzində faciə - 10 yaşlı uşaq öldü

14
İyl
2024
23:35

Bu gün Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yerləşən "El Faro" istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Azreform.info qafqazinfo.az-a istinadən xəbər verir ki, ailəsi ilə istirahətə gedən 10 yaşlı S.Məmmədov (şərti) böyüklər üçün nəzərdə tutulmuş hovuzda boğularaq ölüb.

Məlumata görə, yaxınlarının diqqətindən kənar qalan azyaşlı nəzarətçilərin də səhlənkarlığı səbəbindən hovuza düşüb.

Hadisədən sonra istirahət mərkəzinin hovuzu bağlanıb, nəzərdə tutulmuş əyləncə proqramı ləğv edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.