Qəzzada 300 həkim həlak olub

15
Dek
2023
01:14

Oktyabrın 7-dən bəri Qəzza zolağında azı 300 tibb işçisi ölüb.

Azreform.info xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin Telegram kanalında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, hesabat dövründə 138 tibb müəssisəsi İsrail Müdafiə Qüvvələrinin atəşinə məruz qalıb, 102 təcili yardım maşını məhv edilib.

Səhiyyə Nazirliyi anklavda səhiyyə sahəsində son dərəcə çətin vəziyyəti bir daha qeyd edib.

İddia olunur ki, Qəzzanın cənubundakı tibb müəssisələri artıq xəstələri qəbul edə və onlara xidmət göstərə bilmir, kəskin dərman çatışmazlığı var, uşaqlıq peyvəndi ehtiyatı tükənib.