Bakının mərkəzində restoran yanıb

14
İyl
2024
09:14

Bakının mərkəzində restoran yanıb.

Bu barədə Azreform.info a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 400 m² olan restoranın havalandırma sistemində yağ qalıqları, mühərrik hissəsi, üzərindən keçən kabel 5 p.m və yaxınlıqda olan ərzaq malları yanıb.

Restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.