Avstriya Ukraynadan “Raiffeisen Bank International” bank qrupunu qara siyahısından çıxarmağı tələb edərək, Avropa İttifaqının Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin qəbulunu əngəlləyib.
“Azreform.info ” xəbər verir ki, bu barədə “Reuters” Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.
Agentlik vurğulayıb ki, bu demarş Vyananın bank qrupunun biznesinin bir hissəsini Rusiya Federasiyasından çıxarmaqdan imtina etdiyini təsdiqləyir.