Cəlilabad rayonunda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonu Günəşli qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200 mm-lik yeraltı qaz kəməri "SityNet"ə məxsus internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq istiqamətində işlər görülür .