Kürdəmir rayonunun Mollakənd kəndində iyunun 27-də avtomobilin vurduğu velosipedçi xəstəxanada ölüb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, qeyd olunan hadisə zamanı “VAZ-2106” markalı avtomobil velosipedlə hərəkət edən Mollakənd kənd sakini, 1958-ci il təvəllüdlü Hakim İnqilab oğlu Eyyubovu vurub.
Hadisə nəticəsində ağır bədən xəsarəti alan H.Eyyubov əvvəl Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra isə vəziyyətinin ağırlığı səbəbindən Bakı şəhərinə aparılaraq əməliyyat olunub.
Lakin həkimlərin səyinə baxmayaraq, H.Eyyubov iyulun 13-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.