Viktor Orban: Ukrayna ilə üzvlük danışıqlarına başlamaq səhv qərardır

14
Dek
2023
23:56

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı Şurasının Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarını yanlış qərar adlandırıb.

Azreform.info xəbər verir ki, bu barədə o, "X" səhifəsində yazıb.

"Ukrayna ilə üzvlük danışıqlarına başlamaq səhv qərardır. Macarıstan qərarda iştirak etməyib", - V.Orban qeyd edib.