Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu, xəsarət alanlar var - FOTO

12
İyl
2024
18:14

Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu TIR maşını toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.