Yasamalda gecə ilə obyektləri sökdülər: "1 saat vaxt vermədilər ki, malımızı çıxaraq"

11
İyl
2024
15:28

Bakının Yasamal rayonu Abbas Mirzə Şərifzadə, 16 ünvanında uzun müddətdir fəaliyyət göstərən obyektləri söküblər.

Azreform.info  xəbər verir ki, 30 ildən çoxdur burada çalışan sahibkarların sözlərinə görə, onlara heç bir xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar və malları dağıntılar altında qalıb.

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, həmin ərazi yataqxananın ərazisidir. Gələcəkdə təmir olunaraq istifadəyə veriləcək. Obyekt sahiblərinə isə aylardır xəbərdarlıq olunub və bəziləri məhkəməyə verilib.

Ətraflı Baku TV-nin süjetində: