Bakı-Qazax yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var

10
İyl
2024
22:07

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un məlumatına görə, Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayonundan keçən hissəsində avtobus, kombayn və minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.