Avropa çempionatları tarixinin ən yaşlı avtoqol müəllifi milli komanda karyerasını bitirdi

5
İyl
2024
20:35

37 yaşlı müdafiəçi Yan Vertonqen 2024-cü il Avropa çempionatında Belçika millisi məğlub olduqdan sonra seçmə komandadakı karyerasını başa vurub.

Məlumata görə, müdafiəçi 2007-ci ildə Belçika millisində debüt edib. Ümumilikdə Yan milli komandanın heyətində 157 oyun keçirib və 10 qol vurub.

AVRO-2024-ün qrup mərhələsinin nəticələrinə əsasən, Belçika millisi dörd xal qazanaraq E qrupunda ikinci yerdə qərarlaşıb. Turnirin 1/8 finalında Belçika Fransa ilə oynayıb və minimal hesabla uduzub. Matçda yeganə qol 85-ci dəqiqədə Vertongenin topu öz qapısına göndərməsi ilə vurulub.

Beləliklə, belçikalı Avropa çempionatları tarixinin ən yaşlı avtoqol müəllifi olub.