Azərbaycanın iki idmançısına çempionluq nişanı göndərilib

3
İyl
2024
15:07

Beynəlxalq Cüdo Federasiyası (IJF) iki Azərbaycan idmançısına xüsusi qırmızı nişanlar göndərib.

Azreform.info  xəbər verir ki, çempionluq nişanlarını Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qəbul ediblər.

Bu nişan kimononun arxasında cüdoçunun adı yazılmış qırmızı düzbucaqlıdan ibarətdir. Belə işarə idmançının dünya çempionu statusunu göstərir.

Beynəlxalq Cüdo Federasiyası tərəfindən atılan bu addım hazırkı titul sahiblərini fərqləndirməyə xidmət edir.

Qeyd edək ki, olimpiya çempionlarının kimonolarının arxasında isə qızılı rəngli düzbucaqlı olur.