Şərhçimizin sözləri Türkiyə efirində: Vallah, möhtəşəmdir - VİDEO

3
İyl
2024
12:49

Ötən gün Avstriya ilə matçda Türkiyə yığmasının qapıçısı Mert Günokun oyunun son dəqiqələrində kritik qurtarışı ilə bağlı azərbaycanlı şərhçinin sözləri Türkiyə televiziyasında da danışılıb.

Azreform.info xəbər verir ki, Türkiyənin Ekol TV futbol kanalında oyunla bağlı müzakirələr zamanı İctimai televiziyanın şərhçisi Tural Dadaşovun həmin epizodu "İlahi müdaxilə" adlandırmasından söz açılıb.

"Ekol futbol"un aparıcısı Onur Yıldız T.Dadaşovun ünvanına təriflər yağdırıb:

"Azərbaycanlı həmkarımızın şərhini indi mənə dinlətdilər. Sizlərə də tövsiyə edirəm. Bilirsiniz nə deyib? "İlahi müdaxilə". Möhtəşəmdir".

Daha sonra T.Dadaşovun həmin şərhi 2 dəfə ardıcıl efirə verilib. 

O.Yıldız "Vallah, halal olsun" sözlərini söləyib. Studiyadakılar azərbaycanlı şərhçini alqışlayıblar.

Qeyd edək ki, AÇ-2024-ün 1/8 finalı çərçivəsində baş tutan Avstriya-Türkiyə matçında qapıçı M.Günok 90+4-cü dəqiqədə rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayıb. Qapıçı bununla da komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.

Onun bu müdaxiləsi oyunun taleyini həll edib. Türkiyə yığması oyundan 2:1 qalib ayrılıb.

Billurə Yunus