"Çelsi" yeni transferini rəsmən açıqladı

2
İyl
2024
20:49

İngiltərənin "Çelsi" klubu müqavilə əsasında "Lester" kollektivinə məxsus olan Dyuzberi Hollu transfer edib.

Azreform.info London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" son mövsümü icarə əsasında "Luton"da (İngiltərə) keçirən 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, D.Holl ötən mövsüm İngiltərə Çempionşipdə 44 oyun keçirib və 12 qol vurub.