İmişlidə baş verən avtomobil qəzasında 39 yaşlı sürücü hadisə yerində ölüb.
APA-nın məlumatına görə, hadisə İmişli şəhərində baş verib.
İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Xəlil Asif oğlu Quliyev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili maneəyə çırpması nəticəsində aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.