“Marsel” Roberto De Dzerbinin komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
Azreform.info xəbər verir ki, 45 yaşlı italyanla 3 illik müqavilə imzalanıb. De Dzerbinin son iş yeri transfer siyasəti ilə bağlı klubun rəhbərləri ilə fikir ayrılığı səbəbindən mövsümün sonunda tərk etdiyi “Brayton” olub.
“Marsel” ilə müqavilə bağladığım üçün çox şadam, bu kluba qoşulmaq üçün güclü istək hiss etdim. Klubun tarixi və nüfuzu, azarkeşlərinin ehtirası və şövqü, klub sahiblərinin mənə göstərdiyi ciddilik və həvəs bu maraqlı çağırışı qəbul etmək qərarımda həlledici rol oynadı”, “Marsel”in mətbuat xidməti De Dzerbidən sitat gətirib.