Zinəddin Zidan uşaqlıqda hansı futbolçunun kumiri olduğunu açıqlayıb

11
Noy
2023
10:31

Fransanın əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidan uşaqlıqda hansı futbolçunun kumiri olduğunu deyib.

“Uşaqlıq kumirim Marseldə oynayan Enzo Françeskoli idi. Onun oynadığını görəndə bunun yeni bir şey olduğunu başa düşdüm. Çox zərif futbolçu idi. Onun topa nəzarət etməsi mənim xoşuma gəldi, mən də bunu etmək istədim”, - Zinəddin Adidas-ın YouTube kanalında deyib.

Xatırladaq ki, Zidan futbolçu olanda Turin “Yuventus”, “Real Madrid”, “Bordo” və “Kan” klublarında çıxış edib. Fransa millisinin heyətində “Zizou” 108 oyun keçirib və 31 qol vurub.

Azreform.info