AVRO-2024: Slovakiya Rumıniyaya qarşı - CANLI

26
İyn
2024
20:21

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Slovakiya və Rumıniya milli komandaları arasındakı oyuna start verilib.

Qarşılaşma E qrupu çərçivəsində, Almaniyanın Frankfurt şəhərindəki "Deutsche Bank Park" stadionunda keçirilir.

Oyunu Daniel Zibertin (Almaniya) başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, qrupdakı bütün komandalar eyni xala (3) malik olduğundan, dörd komandanın hamısı yarışın pley-off mərhələsinə çıxmaq şansını qoruyur.