“Turizm yönümlü icma quruculuğu” layihəsi çərçivəsində Fləşmob keçirildi

24
İyn
2024
19:28

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində “Turizm yönümlü icma quruculuğu” layihəsi ilə qalib olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən layihədə nəzərdə tutulmuş yekun tədbiri 23 iyun tarixində Bakı Bulvarinda həyata keçirildi.

Turizm yönümlü icma quruculuğu layihəsi çərçivəsində keçirilən Fləşmobun əsas məqsədi insanları ekosistemi qorunmağa, təbiətə qayğı göstərməyə, ağac əkməyə, biomüxtəlifliyi qorumağa, bitki və heyvanlara qarşı məsuliyyətli davranmağa, ətraf mühitə qayğı göstərməyə, təbiətə minium təsirlə səyahət etməyə, küçə heyvanlarına qayğı ilə davranmağa, gələcək nəsillər üçün təbiəti və dünyanı qorumağa səsləmək idi.

Bunun üçün layihə iştirakçıları ilə birlikdə təbiəti təmsil edən geyim və plakatlarla yerli və əcnəbi turistlərin çox olduğu Bakı Bulvarı ərazisində yürüyüş və musiqili əyləncəli fləşmob keçirildi.

Fləşmob ətrafda gəzən yerli və əcnəbi turistlər tərəfindən yüksək maraqla qarşlandı və turistlər azərbaycan musiqiləri ilə rəks etdilər. Hər kəs məqsədimizi yüksək qiymətləndirərək təşkilatçılara dərin təşəkkürlərini bildirdilər.

Layihənin rəhbəri Nərminə Qəribova Yaşıl dünya naminə həmrəylik ili münasibəti ilə ətrafda gəzən bütün uşaqlara yaşıl şar hədiyyə edərək onlara sağlam gələcək dilədiyini bildirdi.

Layihənin icrasına göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk.