2 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı

24
İyn
2024
12:28

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib.

Azreform.info  İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan millisinin 2 idmançısı yarışa qələbə ilə başlayıb.

Kənan Aslanlı (63 kq) 1/16 final çərçivəsində Uilliam Murla (İngiltərə) qarşılaşıb. Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə boksçumuzun xeyrinə yekunlaşıb. Aslanlı ikinci görüşündə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.

Adil Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda Luka Mazanaşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb - 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Zalov da növbəti döyüşündə irlandiyalını sınağa çəkəcək. Onun rəqibi Con Maher olacaq.

Hər 2 görüş iyunun 25-də baş tutacaq.

Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.