"Şamaxı" daha bir futbolçunu heyətinə qatıb

16
İyn
2024
09:28

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Şamaxı" heyətini daha bir futbolçu ilə gücləndirib.

Azreform.info xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Rafael Məhərrəmli ilə razılığa gəlib.

24 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu gün Adil Nağıyevlə də 1 illik sözləşmə imzalayıb.