Premyer Liqa klubu 31 yaşlı baş məşqçi ilə anlaşıb

16
İyn
2024
03:28

İngiltərə təmsilçisi "Brayton"un yeni baş məşqçisi açıqlanıb.

Azreform.info xəbər verir ki, Premyer Liqa klubu 31 yaşlı Fabian Hurtzelerlə anlaşıb.

Almaniyalı mütəxəssis 2027-ci ilə qədər "Brayton"u çalışdıracaq.

Qeyd edək ki, F.Hurtzeler bu postda Roberto De Zerbini əvəzləyib.