Ermənistanın baş naziri Nikol Paşinyan partiyadaşları ilə keçirdiyi görüşdə onun siyasi xəttini və ideyasını dəstəkləməyən partiya üzvlərini 2024-cü ildə təşkilatdan sıralarından xaric edəcəyi barədə xəbərdarlıq edib.
Azreform.info “hraparak”a istinadən xəbər verir ki, o, partiya üzvlərini dekabrın keçirdi iclasda hədələyib.
Paşinyan deyib ki, 2024-cü ildə bir sıra ciddi proseslərin baş verəcək: “Ona görə də bütün imkanlardan istifadə etməliyik ki, partiyada bizim nə etdiyimizi və ideloji xəttimizin nədən ibarət olduğunu tam səmimi formada qəbul edənlər qalsın. Kimsə bizi sonadək başa düşmürsə, onlar partiyanın administrativ təsir rıçaqlarından istifadə etmədən, dostcasına partiyadan getmələri barədə ərizə yazsınlar”.
Mürtəza
Azreform.info