"Bayer 04" yeni futbolçu transfer edib

14
İyn
2024
04:14

Almaniya çempionu "Bayer 04" heyətini yeni futbolçu ilə gücləndirib.

Azreform.info xəbər verir ki, leverkuzenlilər İspaniya təmsilçisi "Jirona"nın üzvü Aleyş Qarsiya ilə anlaşıb.

İspaniyalı yarımmüdafiəçi yeni komandası ilə 5 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, A.Qarsiya ötən mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurmağı bacarıb.