Fransa millisinin düşərgəsində nə baş verir?

14
İyn
2024
03:28

Almaniyada keçiriləcək Avropa çempionatı başlamazdan əvvəl Fransa millisinin futbolçularının səhhətində problemlər yaranmağa başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə “RMC” məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçular sancılar və baş ağrılarından şikayətlənirlər. Səhhətində problem olanların adları açıqlanmır. Milli komandanın nümayəndələri futbolçuların xəstəliyi ilə bağlı məlumatı təsdiqləməyiblər.

Qeyd edək ki, Avropa çempionatında Fransa yığması Avstriya, Niderland və Polşanın yer aldığı D qrupunda mübarizə aparacaq. Turnir iyunun 14-də başlayacaq və iyulun 14-dək davam edəcək.(Publika.az)