“Sabah”ın U-19 komandasının üzvü Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.
Gənc futbolçu Qusarda çayda çimərkən boğulub.
Mərhum tanınmış futbolçu Slavik Alxasovun yaxın qohumu olub.
Lap dəqiq desək, illərdir Premyer Liqa klublarında görməyə alışdığımız Slavik Amidin doğma əmisidir.
Slavik Alxasov “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Zirə”, “Turan Tovuz” kimi komandaların şərəfini qoruyub.