“Real” hərəkətə keçdi: 150 milyonluq transfer nə vaxt reallaşacaq?

9
İyn
2024
18:35

“Bayer”in yarımmüdafiəçisi Floryan Virts bir ildən sonra “Real”ın futbolçusu ola bilər.

Azreform.info xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Klublar futbolçunun 2025-ci ilin yayında reallaşacaq transferi ilə bağlı danışıqlar aparır. Tərəflər həmçinin Virtsin 2024/25 mövsümünü Leverkuzendə keçirəcəyi ilə bağlı artıq razılığa gəliblər.

Mətbuatın yazdığına görə, bu transfer böyük ehtimalla “Real” a150 ​​milyon avroya başa gələcək.

Qeyd edək ki, Madrid klubu bu yay yalnız Kilian Mbappenin transferini açıqlayıb.