"Ailədən təbiətə" adlı tədbir keçirilib

7
İyn
2024
10:18

 

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Yaşıl Dünya Naminə Həmrəylik İli, 5 iyun Ətraf Mühitin Mühafizəsi günü “Təbiət Keşikçiləri Gənclər Hərəkatı ilə sən də təbiəti qoruyanlardan ol” layihəsi çərçivəsində “Ailədən təbiətə" adlı tədbir keçirildi.

Tədbirin əvvəlində layihənin rəhbəri Nərminə Qəribova tərəfdaş təşkilat olan, “Səma və Eko Sosial İqtisadi inkişafa dəstək” İctimai Birliyi, “TOTEM” psixologiya mərkəzinin üzvlərini təqdim etdi. Və layihənin mayihhəti haqqında məlumat verdi.

Tədbirdə layihənin eksperti “Səma və Eko Sosial İqtisadi inkişafa Dəstək” ictimai Birliyinin sədri İradə Həsənova gənclərə 2024-cü ildə ölkəmizdə Yaşıl dünya naminə həmrəylik ilinin elan edilməsi və COB29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti haqqında danışdı.

Ekoloji düşüncənin formalaşması, ətraf mühitin mühafizəsi və təbiətin qorunması istiqamətində gənclərin maarifləndirilməsi məqsədi ilə silsilə tədbirlər keçirən birlik, bu dəfə mövzunun psixoloji tərəflərinə açıqlama gətirilməsi məqsədi ilə “TOTEM” Psixologiya mərkəzinin kollektivi ilə həyatın başlanğıcı olan ailədə gənclərin necə yetişdirilməsi haqqında geniş məlumat verdi. TOTEM Psixologiya mərkəzinin rəhbəri psixoloq Lalə Həmidli və uşaq psixoloqu Aynur İsmayılova insanın düşüncələrinin kiçik yaşlardan necə formalaşdırılması, təbiətə zərər verməyin psixoloji səbəbləri və gələcəkdə bu insanların nə kimi əməllər törədə biləcəyi, təbiətə yaxın olmağın, heyvan saxlamağın faydaları haqqında məlumat verdi.

Tədbirin yekununda tədbirə ev sahibliyi edən Azərbaycan Milli Konservatoriyasının nəznində Sumqayıt Musiqi kollecinin direktoru Səbinə xanın Mehdiyeva və onun kollektivi tərəfindən kiçik konsert proqramı təqdim edildi.

Bəşəriyyət üçün vacib bir mövzunun müzakirəsi üçün yaratdığı imkan və qonaqpərvərlik üçün layihənin rəhbəri Nərminə Qəribova Səbinə Mehdiyevaya və qonaqlara təşəkkür və ehtiramını bildirdi.