Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.
Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və ölkəmizin kibertəhlükəsizlik üzrə aidiyyəti dövlət qurumları ilə yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndələri də iştirak ediblər.
Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi olub.
Forum çərçivəsində “Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq”, “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” və “Kiberdiaspora” adlı panellərdə müzakirələr aparılıb.
“Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” adlı panel müzakirəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT sahəsi üzrə tədris prosesinin əmək bazarının müasir tələblərinə cavab verməsinin önəmindən söz açaraq bu istiqamətdə keyfiyyətin artırılması üçün atıla biləcək addımlar barəsində bəhs edib.
Sonda Akademiyanın tələbələrinə forumda könüllü fəaliyyətlərinə görə, eləcə də Akademiyanın əməkdaşlarına “Gais”, "Malwation", "Peyk" kibertəhlükəsizlik şirkətləri tərəfindən proqram təminatı ilə bağlı Türkiyədə keçirilən təlimlərdə iştiraklarına görə sertifikatlar təqdim edilib.