Azərbaycan və Rusiya arasındakı avtomobil körpüsü ilə bağlı saziş təsdiqləndi

3
İyn
2024
13:42

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş" təsdiq olunub.

Azreform.info -ın məlumatına görə, 2024-cü il martın 5-də Bakı şəhərində imzalanmış sazişlə bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.