Baş redaktor yenə həbs edildi

3
İyn
2024
11:41

 

Əvvəllər məhkum olunan baş redaktor həbs edilib.

Azreform.info  APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə ittiham olunan “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub.

Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

A.Orucovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.