İstanbulda binanın çökməsinin səbəbi bilindi: İki nəfər həbs olundu - YENİLƏNİB

2
İyn
2024
17:21

İstanbulun Küçükçekmece rayonunda səhər saatlarında çölərək 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən 3 mərtəbəli binanın sahibi və birinci mərtəbədəki dönərxananın yiyəsi saxlanılıblar.

Onların polis bölməsinə aparıldıqları bildirilib.

Həbslərin faciə ilə bağlı başladılan istintaq çərçivəsində həyata keçirildiyi qeyd olunub.

Qeyri-rəsmi məlumatlara görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır.

***

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində naməlum səbəbdən 3 mərtəbəli bina çöküb.

Azreform.info xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib. Dağıntılar altında qalan insanların olduğu bildirilir.

Dağıntılar altında qalanların olduğu xəbərini alan qrupların axtarış-xilasetmə əməliyyatına başladığı və dağıntılar altında bir nəfərlə əlaqə saxladığı öyrənilib.

Yaralılardan 2 nəfəri xilas edən qruplar, xilasetmə işlərini davam etdirir.

İstanbulda bina çöküb, dağıntılar altında qalan insanlar var - FOTO