"Ağlım kəsəndən o belə idi... Zərif, az danşan, çox az gülən, ağır xasiyyətli. Kimsə ona nə söz deyə bilərdi, nə də ki, cavab ala bilərdi. Çox vaxt susub keçməyi ilə cavab verərdi. Otağına qapılıb saatlarca öz sevdiyi sənətinin üzərində calışardı. Hətta çay, su, yemək belə yadından çıxardı".
Azreform.info xəbər verir ki, bu sözlərti Əməkdar artist Aybəniz Haşımova bacısı, Xalq artisti Şahnaz Haşımova ilə bağlı paylaşımında yazıb.
O, sənətçinin doğum günü olduğunu qeyd edib:
"Ondan yaxşı qiymət almaq çox çətin idi. Həyatımıza gələn insanlara qədər müdaxilə edib, "O adamdan uzaq dur" dediyində, ürəyimdə soruşardım ki, "Axı Şahnaz bunların nəyini bəyənmir? Heç onları tanımır, amma uzaq dur deyir". İnandıqlarımdan, həqiqət bildiklərimdən uzaq tuttdu məni. Hətta zamanında ürəyimdə küsdüm ondan. Hətta ifaçı olmağımı da istəmirdi. Bakıya gəlməyimə də çox kəskin fikirlərini söyləmişdi. Bir sözlə, çox olmazlar, sədlər çəkmişdi qarşıma. Sən demə, hər yaşın öz imtahanları varmış. Sən demə, taleyimizin xəritəsini çəkən çox insanların, ömrümüzə aldıqlarımızın həyatımızda olmaması lazım imiş.
"Səni xoşbəxt görmək, əziyyətlər çəkməyini istəmirdim. Həyatın ən gözəli nədirsə, onlar qismətin olmalı idi. Sənə bunları arzu edirdim" dedi. Bacım, indi mən deyirəm sənə. Nə dedinsə, hamısı düz imiş! Sənin qədər də məni sevən yox imiş. Atalar düz deyib: "Ağladanın yanında otur, güldürənin yox". Yaxşı ki, bu qədər əzabımın mükafatı balam oldu! Aynişan olmasaydı, sənin öz canın, öz qanın olan Aybənizdən əsər qoymazdılar qala. Onun varlığı məni böyüməyə, yaşamağa, yaşatmağa güc verdi. O körpə əllərindən tutub dedim, "Yaşa Aybəniz, yaşa ki, səni anandan çox sevən bacın Şahnaz da yaşasın. Şahnaz mənim hər iki cahanda ən böyük istəklimin biridir! Onu Allah qorusun! Həmişə səsi gəlsin. Allah onu bəşəriyyətə çox görməsin. Çünki o, göyün yer üzünə göndərdiydir, yer adamı deyil. O ilahi səsdir, təkdir. O səsdən bir də doğulmayacaq. Bacım, ömrün əbəsi olsun. Dünyanı sevindirdiyin gün mübarək".