Bakıda motosikletçini avtomobil vurub

2
İyn
2024
09:21

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, 1988-ci il təvəllüdlü Bayramov İlkin Surxay oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.