“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ermənilərin ekoloji terroru” adlı layihənin icrasına başlayıb.
Bu barədə ictimai birliyin sədri, layihənin rəhbəri Elman Cəfərli məlumat verib. Onun sözlərinə görə, 3 ay davam edəcək layihənin icra planına uyğun kütləvi informasiya vasitələrində Ermənistanın Azərbaycana qarşı ekoloji terroru və ondan doğan fəsadlarla bağlı mütəxəssis rəylərindən ibarət məqalələr, müsahibələr dərc ediləcək.
Bundan başqa Bakı şəhərində məktəblilərin iştirakı ilə hazırlanmış “Ekoloji terrora son” adlı fləş-mob nümayiş etdiriləcək.
Cebhe.TV internet televiziyasında “İşğal dönəmində ekoloji çirklənməyə məruz qalmış çaylarımız”, “Qarabağda və Şərqi Zəngəzurda işğal dönəmində məhv edilən meşələr”,
“Ermənistanın dağ-mədən sənayesinin çirkləndirdiyi Araz çayında son durum”, “Ermənilərin Azərbaycana qarşı ekoloji cinayətində rol almış xarici şirkətlər” və “Su resurslarımıza qarşı ermənilərin ekoloji terrorunun nəticələri” adlı video-müsahibələr hazırlanacaq.

Həmçinin layihə çərçivəsində Zəngilan rayonunun Ağalı qəsəbəsində “Oxçuçayda ekoloji fəlakət” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində keçiriləcək tədbirlərlə bağlı media vasitəilə müntəzəm olaraq ictimaiyyətə məlumat veriləcək.