Azərbaycanda 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürdü

31
May
2024
21:28

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə rayon sakini 2010-cü il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.