Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi “X” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Qardaş Azərbaycanın ulu öndəri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Ömrünü xalqına və qardaşlığa həsr edənlər daim ürəklərdə yaşayır.
Allah rəhmət eləsin”.