İstirahət mərkəzində körpüdən yıxılan yeniyetmənin son durumu AÇIQLANDI

29
May
2024
20:35

Lerikdə istirahət mərkəzinin birində körpüdən yıxılan 14 yaşlı yeniyetmənin son durumu açıqlanıb.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 28-də 2010-cu il təvəllüdlü şəxs körpüdən yıxılma səbəbilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

"Ona qapalı kəllə-beyin travması, bədənin ümumi səthi travması diaqnozu qoyulub. Yeniyetməyə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə mayın 29-da ailəsinin istəyi ilə Bakıya aparılıb".

Qeyd edək ki, Bakıdan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşmişdi. 2010-cu il təvəllüdlü oğlan ehtiyatsızlıqdan körpüdən yıxılaraq xəsarət almışdı.