Vəzifəli şəxs ehtiyatsızlıqdan özünü güllələdi

29
May
2024
19:35

Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb.

Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranarkən baş verib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S. Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.