Türkiyə futbolunda şok hadisə: prezident hakimi yumruqladı - VİDEO

11
Dek
2023
23:56

Türkiyə Super Liqasında baş hakim klub prezidentinin hücumuna məruz qalıb.

Azreform.info xəbər verir ki, “Ankaragücü” - “Rizespor” matçında meydan sahiblərinin klub rəhbəri Faruk Koca meydana daxil olaraq oyunun baş hakimi Halil Umut Meler yumruq zərbəsi endirib.

Zərbə nəticəsində referi yerə yıxılıb. Daha sonra yerdə fiziki zorakılığa məruz qalıb.

Sabiq hakim Erman Toroğlu bildirib ki, hadisəni törədənləri həbs etmək lazımdır.

"Bu əxlaqsızlar "Ankaragücü"lü ola bilməz. Əgər istefa verməsələr, bu kluba dəstəyimi dayandıracağam. "Ankaragücü" azarkeşləri əxlaqsız deyil, amma bunlar quldurlardır. İçimdən "heyvan" demək istəyirəm. Bunlar insandır? Siz kimsiniz, ey axmaqlar? Bu klubun adını ləkələyə bilməzsiniz. Çıxın gedin! Onları həbs edib zindana salmasalar, ayıb olar".