Tərxan Cəbrayılov vəfat etdi 

28
May
2024
19:28

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi vəfat edib.

Azreform.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, "Kimya və Fizika" kafedrasının fizika müəllimi Tərxan Cəbrayılov dünyasını dəyişib.

Qeyd edək ki, Fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Tərxan Humusi oğlu Cəbrayılov 25 yanvar 1954-cü ildə Şamaxı rayonu, Çalov kəndində anadan olub.

Tərxan Cəbrayılov vəfat etdi - Foto Yeni Sabah