İstirahət mərkəzində 14 yaşlı yeniyetmə körpüdən yıxıldı

28
May
2024
16:42

Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.

Azreform.info APA-ya istinadən bildirir ki,  Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.

Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.