Sabiq müdafiə naziri vəfat edib

28
May
2024
10:11

 

Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib. 

Azreform.info xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Onun 88 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, general-mayor D.Rzayev 20 fevral 1993-cü ildən həmin ilin 17 iyununadək müdafiə naziri vəzifəsində çalışıb.