"Qarabağ" - "Hekken" oyununu izləmək istəyənlərin nəzərinə

11
Dek
2023
20:49

Bakıda "Qarabağ"ın İsveç "Hekken"i ilə keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI turunun oyununa satılmış biletlərin sayı açıqlanıb.

"Offsideplus.az" xəbər verir ki, Azərbaycan çempionunun qarşılaşmasına indiyə kimi 18700 bilet alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 250 manatdır.
Qeyd edək ki, qarşılaşma dekabrın 14-də, saat 21:45-də başlayacaq.