Deputatlar tətilə gec çıxacaq, proses uzanır - SƏBƏB

27
May
2024
10:42

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası may ayının 31-də başa çatır. Lakin parlamentin yaz sessiyasında planlaşdırılan işlər bitmədiyindən növbədənkənar sessiyaların keçirilməsi nəzərdə tutulur.

Azreform.info -ın əldə etdiyi xəbərə görə, mayın 31-də keçirilən son iclasdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq deputatların müraciəti əsasında növbədənkənar sessiyalar çağırılacaq.

Növbədənkənar sessiyaların iyul ayının 15-dək davam etməsi nəzərdə tutulur. Ən azından 6 iclasın keçirilməsi nəzərdə tutulur.

Deputatlar yalnız iyulun 15-dən sonra məzuniyyətə çıxa biləcəklər. 

Mürtəza
Azreform.info