Almaniya kansleri Olaf Şolz noyabrın 17-də Berlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.
Azreform.info xəbər verir ki, Almaniya hökumətinin sözçüsü vəzifəsini icra edən Kristian Hoffmann cümə günü, noyabrın 10-da bildirib. Tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
“Məlumdur ki, federal hökumətlə Türkiyə prezidentinin HƏMAS-a (Avropa İttifaqı və ABŞ-da terror təşkilatı kimi tanınan HƏMAS radikal islamçı hərəkatı – red.) münasibəti fərqlidir”, lakin fikir mübadiləsi əhəmiyyətlidir" rəsmi Berlin vurğuladı.