Beynəlxalq aləmdə Türk dövlətlərindən başqa Azərbaycanın dostu yoxdur

26
May
2024
13:19

Kim düşünürsə ki, Azərbaycan beynəlxalq siyasi arenada dost qazanıb - yanılır. Əlbəttə ki, Azərbaycan elə bir siyasi reallıq yaradıb ki, hazırda əksər dövlətlər Azərbaycana yaxın-dost münasibət sərgiləyir. Təbii ki, Azərbaycanı daha da güclü edən onun müttəfiqləri ilə ortaq maraqlarıdır.

Bunu Azreform.info-ya politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də andiçmə mərasimdəki nitqində "Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır" və "Bu, bizim üçün prioritetdir" - deyə qeyd edərək faktiki Azərbaycanın inkişaf istiqamətini elan etdi. Azərbaycan Türkiyə siyasət və hərbi müttəfiqliyi bu dövlətləri nə inki regionda, beynəlxalq arenada yeni güc mərkəzinə çevirdi. Türk mənşəli dövlətlərin bu birliyə daxil olması ilə, Türk Dövlətləri Birliyi genişlənərək çox ciddi beynəlxalq siyasi və hərbi təşkilata çevrilib:

"Hazırda da Azərbaycana, Türkiyə qarşı sərgilənən isti münasibət zərurət və ehtiyaca əsaslanır.

ABŞ-ın və bir sıra digər dövlətlərin Azərbaycanın bütün Qafqaza məsuliyyətli olduğu haqqında açıqlamalar ona sübutdur ki, Azərbaycan böyük dövlət kimi, regionun siyasi və hərbi təhlükəsizliyini təmin etmək iqtidarında olan yeganə dövlətdir.

1920-ci cili Paris sülh konfransında tanınmış Azərbaycan, Gürcüstan, Ermənistan əraziləri daxilində hər bir dövlət öz suveriliyini bərpa etməyə hüququ əsası var.
Ermənistan Azərbaycan arasında sülh müqaviləsi ilə Paşinyanın arzuladığı 29.8 kv. km əraziyə "kodastr" legitimliyi mümkün olmayacaq. Ancaq, Ermənistanın və Azərbaycanın arasında ərazilərin konkret sahəsi göstərilmədən sülh müqaviləsinin imzalanması mümkündür.

Sovet rəhbərliyi Azərbaycanın razılığı olmadan Zəngəzuru 1920-ci ilin 30 noyabrında, 1922-ci ildə isə Göyçə mahalını 1929-cu ildə Mehrini Ermənistana verib. İndi mübahisəsi də gedən Zəngəzur dəhlizi həqiqətdə də Azərbaycana məxsusdur. Qüdrətli dövrünə keçid etmiş Azərbaycanın həyati vacib və özünə məxsus Zəngəzurun Azərbaycana qaytarılması hədəf olması şübhəsizdir".

Elnur